» » Ukraynada deputatlar jurnalistlərin gözü önündə dava saldılar – VİDEO

Ukraynada deputatlar jurnalistlərin gözü önündə dava saldılar – VİDEO

Ukraynada deputatlar jurnalistlərin gözü önündə dava saldılar – VİDEO

“112 Ukraina” telekanalının binasında “Veçerni praym” efiri başa çatdıqdan sonra Ukrayna Radasının deputatları Aleksandr Vilkul və Vladimir Parasyuk arasında dava düşüb. 

Ucarliyiq.biz Ukrayna KİV-nə istinadən xəbər verir ki, efirdə onlar arasında dəfələrlə söz mübahisəsi baş verib. 

Verilişdən sonra Parasyuk Vilkulun olduğu məkana daxil olmağa çalışıb. Məlumata görə, efirdən sonra Vladimir Parasyuk opponentini gözləyib və onların arasında dava düşüb. Onları mühafizəçilər ayırmalı olub.  

Daha sonra Vilkulun avtomobilinin sürücüsü ilə Parasyuk arasında parkinqdə söz davası olub. O, həmçinin bəyan edib ki, onun avtomobilini terror əleyhinə əməliyyat üçün müsadirə etmək, Vilkulun özünü isə Donbassa göndərmək niyyətindədir. 


ucarliyiq.biz