» » Qırğızıstan prezidenti müalicəsini Moskvada davam etdirəcək

Qırğızıstan prezidenti müalicəsini Moskvada davam etdirəcək

Qırğızıstan prezidenti müalicəsini Moskvada davam etdirəcək

Qırğızıstan prezidenti Almazbəy Atambayev Rusiya tərəfinin dəvəti ilə müalicəsini davam etdirmək üçün Moskvaya yola düşüb.

Ucarliyiq.biz bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.  

“Mütəxəssislərin tövsiyələri və Rusiya tərəfinin təklifi ilə Qırğızıstan prezidenti müalicəsini daha öncə onu müayinə edən və ürək xəstəliyini müalicə edən həkimlərin yanında davam edəcək”, - məlumatda deyilir. 

Atambayevin Mərkəzi Klinik Xəstəxanada müalicə olunduğu bildirilib.  

2016-cı ilin sentyabrın 19-da Qırğızıstan prezidenti Almazbəy Atambayev BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a yola düşüb. Nyu-York aviareysi ilə uçmaq üçün Bişkekdən İstanbula gələrkən qırğız lideri döş qəfəsindəki ağrılardan şikayətlənib. 

Türk həkimləri Almazbəy Atambayevin ürəyində problemlər aşkar ediblər. Nəticədə qırğız prezidenti qısamüddətli məzuniyyət götürüb və Türkiyədə müalicə kursu keçib. 


ucarliyiq.biz