» » Radanın deputatları suxarı üstündə dalaşdılar - VİDEO

Radanın deputatları suxarı üstündə dalaşdılar - VİDEO

Radanın deputatları suxarı üstündə dalaşdılar - VİDEO

“112 Ukrayna” telekanalı Ali Radada “Petr Poroşenkonun bloku”nun (PPB) nümayəndəsi Aleksey Qonçarenko və “Müxalifət bloku”nun deputatları arasında baş verən davanın videosunu yayıb. 

Qarşıdurma Qonçarenkonun müxalif deputat Nikolay Skorikonun yerinə bir bağlama suxarı qoymaq istərkən baş verib. 

“Onlar aclıq çəkirlər deyəsən, amma görünüşlərinə baxılarsa belə demək olmaz. Onların ən fəal deputatı Mirnıdır (sülhsevər), özü isə heç sülhsevər deyil. Bu qorxulu deyil, müalicə etmək olar”, - daha sonra Qonçarenko hadisəni şərh edərkən deyib.

PPB-nin deputatı Nikolay Skorikin yerinə suxarı qoymağa çalışıb, görünür o bununla deputatın qanunla problemləri olduğuna eyham vurmaq istəyib. Sentyabrın 22-də Ukraynanın baş prokuroru Yuri Lutsenko sentyabrın sonuna qədər Radaya “Müxalif bloku”nun nümayəndəsinin toxunulmazlığının ləğv edilməsinə dair müraciət edəcəyini bildirmişdi. Lutsenkonun sözlərinə görə, Skorik 2014-cü ilin mayında Odessada baş verən kütləvi iğtişaşlara aidiyyatı olmaqda ittiham edilir. 


ucarliyiq.biz