» » Koalisiyanın Yəmənə endirdiyi zərbə nəticəsində 8 dinc sakin ölüb

Koalisiyanın Yəmənə endirdiyi zərbə nəticəsində 8 dinc sakin ölüb

Koalisiyanın Yəmənə endirdiyi zərbə nəticəsində 8 dinc sakin ölüb

Ərəb koalisiyasının Yəmənin İbb əyalətindəki yaşayış binalarından birinə endirdiyi aviazərbə nəticəsində azı 10 dinc sakin ölüb.

Ucarliyiq.biz RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli rəsmi qurumdan bildirilib.

“Koalisiyaya məxsus təyyarələr yaşayış binasına zərbə endiriblər, nəticədə Əs-Səbr dairəsinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məhəmməd əl-Cəmai, onun həyat yoldaşı və üç uşağı, habelə, üç qonşusu ölüblər, doqquz nəfər isə yaralanıb”, - deyə mənbə bildirib.

Mənbə  zərbənin endirildiyi ərazidə heç bir hərbi obyektin olmadığını, ölən və yaralananların hamısının dinc sakin olduğunu qeyd edib.

ucarliyiq.biz