» » Suriyada bombardman nəticəsində 200-dən çox dinc sakin həlak olub

Suriyada bombardman nəticəsində 200-dən çox dinc sakin həlak olub

Suriyada bombardman nəticəsində 200-dən çox dinc sakin həlak olub

Suriya və Rusiya ordusuna məxsus hərbi təyyarələrin bu gün Suriyanın Hələb vilayətini bombardman etməsi nəticəsində 66 dinc sakin vəfat edib.

Ucarliyiq.biz bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ölənlər arasında xeyli sayda qadın və uşaq var. Gün ərzində davam etmiş hava hücumları zamanı daha 178 nəfər xəsarət alıb. Bombardmanların hazırda da davam etdiyi bildirilir.

Agentliyin xəbərinə görə, Rusiya və Bəşər Əsədə məxsus hərbi birləşmələrin son 3 gündə təşkil etdikləri hücumlar zamanı ümumilikdə 244 mülki vətəndaş öldürülüb, 651 nəfər yaralanıb.

A.S.
ucarliyiq.biz