» » Suriya və İraqda Fransadan olan 200-ə yaxın terrorçu məhv edilib

Suriya və İraqda Fransadan olan 200-ə yaxın terrorçu məhv edilib

Suriya və İraqda Fransadan olan 200-ə yaxın terrorçu məhv edilib

Bu gün Yaxın Şərqdə Fransadan olan 700 muzdlunun vuruşduğu ehtimal edilir.

Suriya və İraqda Fransadan olan 200-ə yaxın terrorçu məhv edilib.

Ucarliyiq.biz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, söhbət ölkənin İŞİD-ə qoşulmuş vətəndaşlarından gedir. 

Fransanın daxili təhülkəsizlik idarəsinin rəhbəri Patrik Kalvar may ayında parlament komissiyasının iclasında çıxış edərkən Fransanın İŞİD və “Əl-Qaidə” terrorçularının əsas hədəflərindən olduğunu bəyan etmişdi. 

Bununla yanaşı o, terrorçuların insanların sıx olduğu məkanları terror aktları üçün seçə biləcəklərinə dair xəbərdarlıq etmişdi. Belə ki, iyulun 14-də Nitsada baş verən hadisə nəticəsində 84 nəfər ölmüşdü. 

Fransanın baş naziri Manuel Vals sentyabrın 11-də Fransadan olan terrorçu qadınların sayının 275-ə çatdığını bildirmişdi. DİN rəhbəri Bernar Kaznev isə qeyd etmişdi ki, 2015-ci ildə Suriya və İraqda Avropadan olan 5 minə yaxın terrorçu olub.  

Bu gün Yaxın Şərqdə Fransadan olan 700 muzdlunun vuruşduğu ehtimal edilir. 


ucarliyiq.biz