» » Gözlər OPEK-in toplantısında

Gözlər OPEK-in toplantısında

Gözlər OPEK-in toplantısında

Bu günlərdə bütün dünyanın diqqəti OPEK-in qeyri-rəsmi toplantısına yönəlib. 

Ucarliyiq.biz xəbər verir ki, neftin qiymətləri OPEK-in üzvləri olan Nigeriyanın və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təşkilatın qeyri-rəsmi görüşünün neft bazarına sabitlik gətirəcəyi açıqlamaları ilə 46 dollar ətrafında tarazlanıb və sürətli dəyər itirməsini dayandırıb. 

Birləşmiş Ərəb Əmirliyinin neft naziri Al Mansouri deyib ki, digər ölkələr neft hasilatını dondurmaq ilə bağlı qərar qəbul edərsə, onlar da bu addımı dəstəkləyəcək, amma istehsalın azaldılmasının müzakirə xaricindədir.

Nigeriyanın neft nazirliyindən Emmanuel İbe Kachikwu “Əminəm ki, bir anlaşma olacaq” deyib. Venesuelanın neft naziri Eulogio del Pino isə bildirib ki, əgər qeyri-rəsmi toplantıda bir razılıq olmayacaqsa, bu halda qiymətlər bir barelə görə 20 dollardan aşağı enəcək. 

“Bloomberg” agentliyinin məlumatına görə, Bakı vaxtı ilə saat 11:44-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,30 dollar azalaraq 45,63 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 dollar azalaraq 46,95 dollar olub.

Ekspertlər isə vurğulayır ki, neft bazarına sabitlik gətirmək üçün OPEK-in qeyri-rəsmi toplantısında qərar qəbul edilməsi vacibdir və bazar bunu tələb edir. 

Qeyd edək ki, OPEK-in üzvlərinin sentyabrın 26-28-də Əlcəzairdə keçirilən Beynəlxalq Enerji Formu çərçivəsində bir araya gələcəkləri gözlənilir. 


ucarliyiq.biz