» » İlk teledebatlarda Klinton zəfər qazanıb

İlk teledebatlarda Klinton zəfər qazanıb

İlk teledebatlarda Klinton zəfər qazanıb

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp və demokratlardan namizəd Hillari Klinton arasında keçirilən debatdan sonra CNN telekanalı tamaşaçılar arasında apardığı sorğuya müvafiq olaraq zəfəri Klinton qazanıb.

Ucarliyiq.biz xəbər verir ki, məlumata görə, sorğuda iştirak edənlərin 62%-i Klintonun qələbə qazandığını düşünürlər. Trampın qələbəsinə iştirakçıların 26%-i səs verib. 

Bununla yanaşı, səs verənlər arasında Demokratlar partiyasının 41% tərəfdarı, Respublikaçıların isə 26% tərəfdarı olub. Qalan tamaşaçılar heç bir partiyaya aidiyyətlik bildirməyiblər. 

ucarliyiq.biz