» » Bağdadda terror aktı: Ölən və yaralananlar var

Bağdadda terror aktı: Ölən və yaralananlar var

Bağdadda terror aktı: Ölən və yaralananlar var

İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində 9 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Ucarliyiq.biz RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polis və həkimlər məlumat yayıblar. 

Partlayışı kamikadze kəməri olan yaraqlı həyata keçirib. Terror aktı paytaxtın şərqində Bağdad əl-Cadidə rayonunda baş verib. 

Hazırda heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. 

Bununla yanaşı, “Al Sumaria” telekanalı ikinci partlayış haqqında xəbər yayıb. İkinci partlayış Bağdadın cənubunda baş verib, yaralanların və ölənlərin sayı bildirilmir. 


ucarliyiq.biz