» » Ağ ev Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edə bilər

Ağ ev Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edə bilər

Ağ ev Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edə bilər

Ağ ev Əsədə dəstək və Hələbdəki vəziyyətlə əlaqədar Rusiyaya qarşı maliyyə sanksiyalarının genişləndirilməsini istisna etmir. Bu barədə jurnalistlərə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bəyan edib.

Ucarliyiq.biz xəbər verir. 

“Biz əlavə maliyyə sanksiyalarının tətbiqi perspektivini gündəmdən çıxarmamışdıq”, - bunu Ernest Rusiyanın Suriya hakimiyyətini dəstəkləməsi ilə motivə edilmiş sanksiyaların tətbiq edilməsi mümkünlüyünə dair suala cavab verərkən bildirib. 

“Maliyyə sanksiyaları dünyada maraqlarımızın yürüdülməsi üçün faydalı vasitə kimi özünü təsdiqləyib”, - Ernest əlavə edib.

Onun sözlərinə görə, ABŞ birtərəfli sanksiyaları təşkil etməyə deyil, tərəfdaşlar ilə koordinasiyalı şəkildə fəaliyyətə üstünlük verir. Rusiyaya qarşı yeni sanksiyaların tətbiq planlarına dair Ernest heç bir dəqiq məlumat verməyib. 

[/b]

[b]ucarliyiq.biz