» » Avropanın ən böyük məscidlərindən birində yanğın - VİDEO

Avropanın ən böyük məscidlərindən birində yanğın - VİDEO

Avropanın ən böyük məscidlərindən birində yanğın - VİDEO

"Beytül-Futuh" 2003-cü ildə tikilib.

Londonun cənubunda Avropanın ən böyük məscidlərindən biri yanır, hazırda yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar, London yanğın xidməti xəbər verir.

ucarliyiq.biz istinadla xəbər verir ki, alov binanın ilk iki mərtəbəsini bürüyüb, qara tüstü məscidin üzərindən 10 metr yüksəkliyə qalxır.

Yanğının söndürülməsində 10 yanğınsöndürən heyət iştirak edir, ətraf küçələrdə hərəkət bağlanılıb.

Hadisə yerində təcili yardım briqadaları işləyir. Həkimlərin bildirdiyinə görə, bir nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "Beytül-Futuh" 2003-cü ildə tikilib. Məsciddə 10 min insan ibadət edə bilər və o, Qərbi Avropada ən böyük məscidlərdən sayılır.