» » Klinton və Tramp debatı tamaşaçı sayına görə 36 illik rekordu qırdı – VİDEO

Klinton və Tramp debatı tamaşaçı sayına görə 36 illik rekordu qırdı – VİDEO

Klinton və Tramp debatı tamaşaçı sayına görə 36 illik rekordu qırdı – VİDEO

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton və respublikaçıların namizədi Donald Trampın debatını 84 milyon tamaşaçı izləyib, bu isə 1980-ci ildən sonra rekord göstərici olub.  

Ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, bu barədə “Nielsen” sosioloji şirkət məlumat yayıb. 

1980-ci ildə ABŞ prezidentliyinə namizədlər Ronald Reyqan və Cimmi Karter arasında seçkiqabağı debatları izləyən tamaşaçıların sayı 80,6 milyon nəfər olub. Qeyd edilir ki, təhlil zamanı debatları sosial şəbəkələr vasitəsilə onlayn izləyən tamaşaçıların sayı nəzərə alınmayıb.  

Daha öncə “Nielsen”, Klinton və Tramp debatlarının tamaşaçıların sayına görə rekord qıracağının mümkünlüyünə dair məlumat yaymışdı. 

ucarliyiq.biz