» » ABŞ polisləri silahsız afroamerikalını güllələdilər

ABŞ polisləri silahsız afroamerikalını güllələdilər

ABŞ polisləri silahsız afroamerikalını güllələdilər

ABŞ-da növbəti dəfə silahsız afroamerikalının güllələnməsi etiraz dalğasına səbəb olub. Kaliforniya ştatının San-Dieqo şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları parkinqlərin birində afroamerikalını ölümcül yaralayıblar. 

Ucarliyiq.biz “NBC San Diego”ya istinadən xəbər verir ki, zərrəçəkən hadisədən bir neçə saat sonra dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, onun üstündə silah olmayıb. 

Polis nümayəndələri zərərçəkənin bacısı olduğu ehtimal edilən 30 yaşlı qadının çağırışı ilə hadisə yerinə gəliblər.  

Qadın onun özünü qeyri-adekvat apardığını bildirib. Asayiş keşikçiləri qeyd ediblər ki, o, verilən göstərişləri yerinə yetirməkdən imtina edib. 

Hadisənin şahidləri polislərin kişiyə xəbərdarlıq etdiklərini eşitmədiklərini bildiriblər. 

Məlumata görə, yaralanan afroamerikalının bacısı polislərdən niyə eletroşokerdən istifadə etmədiklərini soruşub. 

Hadisədən sonra internetdə iki polisin qaradəriliyə silah tuşladıqları görünən video yayılıb. 

ABŞ polisləri silahsız afroamerikalını güllələdilər

ABŞ polisləri silahsız afroamerikalını güllələdilər

[/b]

[b]ucarliyiq.biz