» » Sarkozi prezident seçilərsə, Britaniyaya Aİ-də qalmağı təklif edəcək

Sarkozi prezident seçilərsə, Britaniyaya Aİ-də qalmağı təklif edəcək

Sarkozi prezident seçilərsə, Britaniyaya Aİ-də qalmağı təklif edəcək

Fransanın sabiq prezidenti Nikolya Sarkozi təkrar hakimiyyətə gələrsə, Böyük Britaniyaya yeni şərtlər altında Avropa İttifaqına qayıtmağı təklif etmək niyyətindədir. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Financial Times” yazır. 

Məlumata görə, Parisdə aparıcı biznesmenlərlə görüş zamanı Sarkozi bəyan edib ki, 2017-ci ildə seçkilərdə qalib gələrsə, səhərisi gün Almaniyanın kansleri Angela Merkelə Aİ ilə yeni razılaşmanı təqdim etmək üçün Berlinə, bir gün sonra mayın 8-də isə Londona yola düşəcək. 

“Mən britaniyalılara: Siz çıxmısız, amma biz yeni razılaşmanı müzakirə edirik, bu səbəbdən də sizin yenidən səsəvermə imkanınız var. Amma bu dəfə söhbət köhnə Avropadan yox, yeni Avropadan gedir. Qalmaq istəyirsiniz? Əgər cavab bəllidirsə, bu, yaxşıdır. Çünki mən Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqlar apardığımız zamanda Avropanın ikinci böyük iqtisadiyyatını itirmək istəmirəm. Amma əgər cavab yoxdursa, onda məsələ də yoxdur. Siz ya qalırsınız, ya gedirsiniz”, – siyasətçi bəyan edib. 

Fransanın sabiq prezidenti həmçinin qeyd edib ki, yeni müqavilə Şengen zonasında islahatlar, Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılmasını və Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqların dayandırılmasını nəzərdə tutur. “Bəlkə Türkiyəyə yerinin Asiyada olduğunu deməyin vaxtı çatıb”, - Sarkozi bəyan edib. 


ucarliyiq.biz