» » İlon Mask bir milyon adamı Marsa göndərməyi vəd etdi – VİDEO

İlon Mask bir milyon adamı Marsa göndərməyi vəd etdi – VİDEO

İlon Mask bir milyon adamı Marsa göndərməyi vəd etdi – VİDEO

Bir milyondan çox adamın gələcəkdə müstəqil sivilizasiyanın yaradılması üçün Marsa göndərilməsi planlaşdırılır. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə sentyabrın 27-də Meksikada Beynəlxalq Astronaft Federasiyasının 67-ci konqresində “Qırmızı planet”in istismarına dair planı təqdim edərkən “SpaceX” şirkətinin təsisçisi və rəhbəri İlon Mask bildirib. 

Onun sözlərinə görə, gələcəkdə Yer kürəsində fəlakət baş verəcək, bu fəlakətdən sonra burada yaşamaq mümkün olmayacaq. Ona görə də insanlar “planetlərarası növə” çevrilməli, Marsda yerləşərək orada koloniya yaratmalıdırlar. Maskın ehtimalına görə, “Qırmızı planet”də müstəqil sivilizasiyanın yaradılmasına 40 ildən 100 ilə qədər zaman tələb oluna bilər. 

“SpaceX” rəhbəri bildirib ki, onun şirkəti göyərtəsinə 100 sərnişin və 450 ton yük götürə biləcək gəminin inşası ilə məşğul olduğunu bildirib. Hər bir şattl 12-15 uçuş həyata keçirə bilər, ümumilikdə 10 min reyslə bir milyona yaxın adam aparmaq olar. 

Mask 2035-ci ildə Marsa 80 sutka ərzində uçmağın mümkün olacağına ümid edir. İlkin olaraq bilet on milyard dollara olacaq, daha sonra sərnişinlərin sayı iki dəfə artdıqda, biletin qiyməti 200 min dollara qədər ucuzlaşacaq. 

“SpaceX” qarşıdan gələn on il müddətində “Qırmızı planet”ə uçuşlar təşkil etmək niyyətindədir, şirkətin rəhbəri ilk uçuşun tarixini dəqiqləşdirməsə də, onun 2020-ci ildə həyata keçirə biləcəyini deyib. 

Daha öncə Mask Günəş sisteminin istənilən planetinə eniş üçün yaradılan “Dragon 2” pilotsuz gəminin sınaq buraxılışının 2018-ci ilə planlaşdırıldığını bildirmişdi. İlk pilotlu uçuş isə 2020-2025-ci illərdə həyata keçirilə bilər. 

Marsın mənimsənilməsi üzrə proqram kommersiya uçuşlarından və NASA ilə müqavilələrdən əldə edilən gəlir ilə maliyyələşdiriləcək. Bundan başqa, Mask layihəyə bütün şəxsi sərmayəsini yatırmağı planlaşdırır və çox güman ki, xeyriyyəçilərin yardımından da istifadə edəcək. 


ucarliyiq.biz