» » Putin Türkiyəyə səfərə hazırlaşır

Putin Türkiyəyə səfərə hazırlaşır

Putin Türkiyəyə səfərə hazırlaşır

Rusiya prezidenti Vladimir Putin oktyabrda Türkiyəyə səfər edə bilər, Kreml müvafiq rəsmi bəyanatı bütün hazırlıq tədbirləri başa çatdıqdan sonra verəcək. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Bu istisna edilmir. Hazırlıq tədbirləri yekunlaşdırıldıqdan sonra biz müvafiq bəyanatı verəcəyik”, - Peskov bunu Türkiyə Palata və Birjalar Şurasının rəhbərinin oktyabrda Putinin Türkiyəyə səfər edə biləcəyinə dair bəyanatını şərh edərkən çərşənbə günü bildirib.

Rusiya və Türkiyənin münasibətlərində böhran 2015-ci ilin noyabrında Türkiyə ordusuna malik qırıcının Suriyada terror əleyhinə əməliyyatda iştirak edən “Su-24” bombardmançısını vurduqdan sonra yaranıb. 2016-cı ilin yanvarın 1-dən Rusiya bir sıra normativ aktlarla Türkiyədən ərzaq gətirilməsinə qadağa qoydu, Türkiyə ilə vizasız rejimi dayandırdı, türk vətəndaşlarının Rusiyada əmək fəaliyyətinə məhdudiyyətlər qoydu.  


ucarliyiq.biz