» » Ufa məhkəməsi dördyaşlı oğlana ittiham qərarı çıxarıb – VİDEO

Ufa məhkəməsi dördyaşlı oğlana ittiham qərarı çıxarıb – VİDEO

Ufa məhkəməsi dördyaşlı oğlana ittiham qərarı çıxarıb – VİDEO

Ufa məhkəməsi başı ilə avtomobili əzən dördyaşlı oğlana dair ittiham qərarı çıxarıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın NTV kanalı məlumat yayıb. 

İlkin olaraq avtomobil sahibi maşınında olan əziklərin uşağın sürdüyü velosipedin təkərlərindən qaldığını bildirmişdi. Daha sonra velosipedin zərbəsindən maşının belə əzilməsi mümkün olmadığı ortaya çıxıb. O zaman sürücü əziklərin uşağın başının dəyməsi nəticəsində olduğunu bildirib.  

O iddia edir ki, dördyaşlı oğlan başı ilə maşına elə çırpılıb ki, maşında əziklər qalıb, amma uşağın valideynləri onun toqquşmadan heç bir xəsarət almadığını deyirlər. Amma valideynlərin nəyə görə, uşağın xəsarət almadığına dair tibbi arayışın təqdim etməmələri aydın deyil. 

Məhkəmə ittiham tərəfi ilə razılaşaraq qərar çıxarıb. Qərara əsasən, uşağın valideynləri dəyən ziyanı ödəməlidirlər. Ziyan isə 20 min rubl (510 AZN) həcmində dəyərləndirilir. Valideynlər məhkəmənin qərarı ilə razı deyillər və apellyasiyaya müraciət etmək fikrindədirlər. 


ucarliyiq.biz