» » Ermənistan parlamentinin iki qadın deputatı dalaşdı – VİDEO

Ermənistan parlamentinin iki qadın deputatı dalaşdı – VİDEO

Ermənistan parlamentinin iki qadın deputatı dalaşdı – VİDEO

“Hazırda xalq yüksək vəzifəli şəxslərin hamısını ölü görmək istəyir. Ermənistan əhalisinin 50 faizi acdır. Oğru məmurlar cəzalandırılmasa, xalq özü onları cəzalandıracaq”.

Ucarliyiq.biz armenianreport-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin “İrs” partiyasından olan deputat Zarui Postancyan parlamentin iclasında çıxış edərkən bildirib. 

Onun çıxışından sonra parlamentin iclasında digər qadın deputat - hakim Respublika partiyasının təmsilçisi Karine Poqosyanla Postancyan arasında mübahisə yaşanıb. 

“Xalq hakimiyyətdən narazıdır. Bunun təsdiqi iyulda polis alayına hücum, bu günlərdə Gümrü meri vəzifəsinə namizəd Vardevan Qriqoryanın oğlunun qətlidir”, - Postancyan deyib. 

“Bu səbəbdən də bütün yüksək vəzifəli məmurlar üçün təhlükə mövcuddur. Siz də xanım Karine bu barədə düşünməlisiz. Bu sizə də, sizin qohumlara da təsir edə bilər (Müxalifət təmsilçisi ona keçmiş baş nazir Ovik Abramyanın qohumu olduğunu xatırladıb)”.

Qışqırıqlar artıq mikrofonlar söndürüldükdən sonra da davam edib. 

ucarliyiq.biz