» » San-Pauluda futbol meydançasında 400-ə yaxın kasıb cütlük ailə qurub

San-Pauluda futbol meydançasında 400-ə yaxın kasıb cütlük ailə qurub

San-Pauluda futbol meydançasında 400-ə yaxın kasıb cütlük ailə qurub

Əsas şərt — ailənin aylıq gəliri min dolları keçməməlidir.

Braziliyanın San-Paulu şəhərində yerli futbol meydançasında kasıblar üçün kütləvi toy mərasimi təşkil edilib.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 400 cütlük eyni vaxta nikaha girib.

Təşkilatçıların sözlərinə görə, uzun illər birgə yaşayan, uşaqları və hətta nəvələri olan, lakin evli olmayan cütlüklər ailə qurublar.

Əsas şərt — ailənin aylıq gəliri min dolları keçməməlidir. Mərasimdə iştirak pulsuzdur, və mərasimin sonunda hər bir cütlüyə rəsmi nikaha girmə barədə şəhadatnamə verilir. 

Qeyd edək ki, Braziliyada kasıblar üçün kütləvi toylar artıq 9-cu ildir ardarda keçirilir. 

Ötən il Rio-de-Janeyronun “Marakanazinyu” arenasında ən böyük kütləvi toy mərasimi keçirilmişdir — həmin vaxt təxminən 2 min cütlük ailə həyatı qurmuşdur.