» » Con Kirbi Rusiyada mümkün terror aktlarından danışdı

Con Kirbi Rusiyada mümkün terror aktlarından danışdı

Con Kirbi Rusiyada mümkün terror aktlarından danışdı

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi qeyd edib ki, Moskvanın Suriyadakı əməliyyatının nəticəsi Rusiya şəhərlərinə hücumları, Suriyada hərbi kontingentin itkilərinin artması ola bilər. 

Ucarliyiq.biz xəbər verir ki, o, bu barədə brifinq zamanı bəyan edib. 

Kirbi qeyd edib ki, Yaxın Şərq ölkələrində müharibənin davamının nəticələri kimi yaraqlı qruplar öz əməliyyatlarının genişləndirilməsi üçün hakimiyyətdəki boşluqdan istifadə edəcəklər. 

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, terrorçuların aksiyalarına, şübhəsiz ki, Rusiya maraqlarına, hətta Rusiya şəhərlərinə zərbələr də daxil olacaq. 

 
ucarliyiq.biz