» » Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib

Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib

Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib

Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında baş verən atışma nəticəsində ən azı iki pakistanlı hərbçi ölüb. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, Hindistan tərəfindən itkilər barədə məlumat yoxdur. 

Hindistan tərəfi Pakistan ordusunun atəşkəsi pozduğunu, Cammu və Kəşmirdəki nəzarət xəttindən atəş açıldığını bildirib.

Pakistanın “Geo-TV” telekanalı öz növbəsində Hindistan hərbçilərinin Pakistan ordusunun mövqelərinə səbəbsiz atəş açdığını bildirib.

Qədim Kəşmir knyazlığının ərazisi Hindistan və Pakistan arasında 1947-ci ildən mübahisə predmeti olaraq qalır. Hindistan-Pakistan müharibəsinin üçündən ikisi Kəşmirə görə baş verib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur, onun ərazisini nəzarət xətti ayırır.  

ucarliyiq.biz