» » Filippin prezidenti özünü Hitler ilə müqayisə etdi

Filippin prezidenti özünü Hitler ilə müqayisə etdi

Filippin prezidenti özünü Hitler ilə müqayisə etdi

Filippin prezidenti Rodriqo Duterte özünü nasist Almaniyasının füreri ilə müqayisə edib.

O bildirib ki, öz ölkəsində olan narkoman və narkotik alverçilərini böyük məmnuniyyətlə məhv edərdi.

Ucarliyiq.biz bu barədə “Reuters”ə istinadən xəbər verir. 

Vetnama səfərdən sonra Davao şəhərinə gələn Duterte qeyd edib ki, tənqidçilər ona “Hitlerin qardaşı oğlu” adlandırırlar. Hitlerin milyonlarla yəhudini öldürdüyünü xatırladan Duterte Filippində üç milyon narkomanın olduğunu bildirib.

“Onları öldürməkdən bəxtiyar olardım”, - o vurğulayıb. 

“Almaniyada Hitler, Filippində də isə...”, - deyərək qısa fasilə edən prezident özünü göstərib.

Onun sözləri ABŞ-da yəhudi təşkilatlarının üzvlərini şok edib. Onlar bəyan ediblər ki, Filippin liderinə qarşı daha sərt mövqe tutmaq üçün Vaşinqtona təzyiq etmək niyyətindədirlər. 


ucarliyiq.biz