» » Sarkisyana ultimatum verildi

Sarkisyana ultimatum verildi

Sarkisyana ultimatum verildi

Ermənistan hakimiyyəti Dünya Bankının noyabrda keçiriləcək növbəti iclasına qədər yeni Vergi Məcəlləsinin qəbul edilməsinə tələsir. Dünya Bankı məhz o zaman bu ölkəyə kredit verib-verməyəcəyini qərara alacaq.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazır. 

“Məlumdur ki, beynəlxalq təşkilat Ermənistana kredit vermə məsələsində vergi rüsumlarını 60-70 milyard dram artırmaq şərti qoyub. Vergi Məcəlləsinin qəbulu ilə Ermənistan bu şərtləri yerinə yetirməyə cəhd edir, əks halda 2017-ci ildə donor-təşkilatlar Ermənistana kredit verməyəcəklər”, - qəzet yazır. 


ucarliyiq.biz