» » Roma Papasının Gürcüstana səfəri başlayıb

Roma Papasının Gürcüstana səfəri başlayıb

Roma Papasının Gürcüstana səfəri başlayıb

Roma Papası Fransiskin Gürcüstana səfəri başlayıb. 

Ucarliyiq.biz Gürcüstan KİV-ə istinadən xəbər verir ki, onu Tbilisi beynəlxalq hava limanında ölkə prezidenti Giorgi Marqvelaşvili qarşılayıb.

Hava limanındakı rəsmi qarşılanma mərasimindən sonra Fransisk Prezident Sarayına gedəcək və Gürcüstanın dövlət başçısı Giorgi Marqvelaşvili ilə danışıqlar aparacaq. 

Bundan sonra prezident və Papa sarayın həyətində hökumət, vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələrinə müraciət edəcək.

Oktyabrın 1-də Papa Mixeil Mesxi adına stadionda Müqəddəs ayin həyata keçirəcək. Liturgiyadan sonra Müqəddəs Ata Gürcüstandakı katolik kilsənin keşişləri və xidmətçiləri ilə görüşəcək.