» » Ermənistan: Sandıq üstü həyat - VİDEO

Ermənistan: Sandıq üstü həyat - VİDEO

Ermənistan: Sandıq üstü həyat - VİDEO

Аljazeera telekanalı Ermənistan haqqında “Sandıq üstü həyat” adlı film çəkib.

Ucarliyiq.biz xəbər verir ki, filmdə mühacirlik, yoxsulluq, iqtisadi çətinlik, qadınlar və əmək mühacirləri arasında əxlaqsızlığın yayılması təsvir edilib. 

Erməni iqtisadiyyatı mübarizəyə davam etdiyi halda, erməni xalqı da eyni mübarizəni aparır. Ölkə əhalisinin təxminən üçdə biri yoxsulluq həddindədir, həyati vacib malların qiyməti isə bəzi ailələr üçün həddən artıq bahadır. 

Uzun illər boyu iş və daha yaxşı həyat arzusu ilə minlərlə erməni mühacirlik həyatını seçib. Ermənistan və Türkiyənin münasibətləri gərgindir, ölkələr arasında sərhəd isə 1993-cü ildən bağlıdır. Bu da ermənilərin qarşısını ala bilmir, həmin ölkəyə Gürcüstandan keçərək gedən qadınların əksəriyyəti malları Türkiyədən daha ucuz qiymətə alaraq ailələrinə yollayırlar. 

Bu film iki erməni qadınının acı taleyindən bəhs edir, onlar öz doğma evlərində firavan həyat sürə bilmədikləri üçün minlərlə mühacirlə bərabər iş tapmaq arzusu ilə doğmalarını tərk ediblər. 

“Cəhd etmək, ölüm deyil... Mən uşaqlarıma yardım edə biləcək qədər uzun yaşayacam”. 

Ermənistan: Sandıq üstü həyat - VİDEO

Anaxit Donayanın əri 50 yaşında olarkən ölüb, daha sonra 1988-ci ildə zəlzələdə ailsənin 30 üzvünü itirib. O, İstanbula köçüb, burada sağ qalmaq üçün əl işləri ilə məşğul olub.

“Mən burada fabrik və restoranda işləmişəm. Gecələr zalları təmizləyirdim. Uşaqlara dayəlik edirdim. Qarğıdalı bişirib, çimərlikdə satırdım. Daha sonra evlərə təmizliyə getməyə başladım. İstənilən işi görürdüm. Utanmırdım, çünki uşaqlarımı təmin etməli idim”, - 73 yaşlı Anaxit danışır. 

Hazırda yaşı ona fiziki iş görməyə imkan vermir, o, erməni ərzaqlarını sandıqla gəzərək Türkiyədəki mühacirlərə satmaqla məşğuldur. O, Türkiyədə 18 ildən çox yaşayıb və işləyib, bu illər ərzində hakimiyyət ilə heç bir problem yaşamayan qadın Ermənistan və Rusyada yaşayan qohumlarına pul göndərməyi də bacarıb, buna hələ də cəhd edir.  

“Mən burada çadır qurub beş il ərzində öz mallarımı satırdım. Məndən heç kim bir dəfə də olsun burada nə etdiyimi soruşmayıb. Hamı məndən razı olub, mən də onlardan razıyam”. 

Ermənistan: Sandıq üstü həyat - VİDEO

Karine Qalastyan da 2004-cü ildə Türkiyəyə qazanc ardınca gələn erməni qadındır. Türkə ərə gedərək başı üstündə dam, sabit iş əldə edərək Türkiyədən Ermənistana və əks istiqamətdə səfərlər etmək imkanı qazanıb. 

“Bu mənim üçün çox çətin vaxt idi. Mən axşamlar yatağımda uzanarkən xəyalımda Ermənistana uşaqlarımın yanına gedirdim. Amma ana kimi uşaqlarım üçün əziyyət çəkirdim”, - o deyib. 

Karine İstanbulda ucuz geyimlər alaraq onları ayda bir neçə dəfə Ermənistana gətirir, hər səfərində təxminən 300 dollar qazanır. Ermənistanda ayaqqabı 20 dollardan baha, İstanbulda isə 2 dollara olduğu üçün Karine yaxşı biznes qura bilib. Ailələrindən uzaq yaşamalarına və çətin həyata baxmayaraq, bu iki qadın ailələrinin tələbatını ödəməyə çalışır. Məhz bu cəhd onlara ailələrindən uzaq qalma çətinliyinə dözmə gücü verir. 


ucarliyiq.biz