» » Çinli valideynlərini və 17 qonşusunu öldürdü

Çinli valideynlərini və 17 qonşusunu öldürdü

Çinli valideynlərini və 17 qonşusunu öldürdü

Çinin Yunnan vialyətinin 27 yaşlı sakini Yan Çinpey valideynlərini və 17 qonşusunu öldürdüyünü etiraf edib.

Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, Çinpey cümə axşamı, sentyabrın 29-da, cinayət yerindən 200 km aralı yerləşən Kunmin şəhərində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Çinpey Kunmin şəhərində işləyirdi və hərdən doğma Yema kəndinə gəlirdi. Sonuncu dəfə o çərşənbə günü, sentyabrın 28-də, kəndə qonaq gəlib və valideynlərinin evində gecələməyə qalıb. 

Axşam saatlarında Çinpey valideynləri ilə pul üstündə mübahisə edib. Mübahisə zamanı o atasını və anasını öldürüb. 

“Valideynlərini qətlə yetirdikdən sonra, o cinayətin üstünün açılmasından həyacanlanıb və qonşuluqda yaşayan daha 17 nəfəri öldürüb”, - Sinxua agentliyi polisin bəyanatından sitat gətirir.

Qeyd olunur ki, qətlə yetirilən şəxslərdən dördü azyaşlıdır.

[/b]
[b]ucarliyiq.biz