» » Xokkey üzrə növbəti Dünya Kubokunun tarixi açıqlanıb

Xokkey üzrə növbəti Dünya Kubokunun tarixi açıqlanıb

Xokkey üzrə növbəti Dünya Kubokunun tarixi açıqlanıb

Şayba ilə hokkey üzrə növbəti Dünya Kuboku 2020-ci ildə keçiriləcək. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Milli Hokkey Liqasının oyuncuları assosiasiyasının prezidenti Donald Fer bəyan edib. Onun sözlərini ESPN sitat gətirib. 

“Oyunçular və azarkeşlər ötən turniri çox müsbət qiymətləndirdilər. Hokkeyçilər yarışların formatını və səviyyəsini, hər şeyin eyni yerdə baş verdiyini, heç bir yerə getməyin lazım olmadığını çox bəyəndilər. Nəyi təkmilləşdirə biləcəyimiz barəsində düşünməliyik. Növbəti turniri, əgər ekstraordinar bir şey baş verməsə 2020-ci ildə keçirəcəyik”, - Fer deyib. 

O, həmçinin dünya kubokunun və olimpiya hokkey turnirinin eyni zamanda mövcudluğunun mümkünlüyünə əminlik bildirib. 

Dünya kuboku-2016 Torontoda keçirilib və Kanada yığmasının qələbəsi ilə başa çatıb. Finalda ev sahibləri iki dəfə Avropa yığmasına (3:1 və 2:1) qalib gəliblər. 

ucarliyiq.biz