» » Gürcüstanın sabiq müdafiə nazirinə sui–qəsd edilib

Gürcüstanın sabiq müdafiə nazirinə sui–qəsd edilib

Gürcüstanın sabiq müdafiə nazirinə sui–qəsd edilib

Gürcüstanda naməlum şəxslər majoritar deputatlığa namizəd, sabiq müdafiə naziri İrakli Okruaşviliyə silahlı hücum ediblər.

Bu barədə Ucarliyiq.biz “İnterfaks”a istinadən xəbər verir.

İlkin məlumatlara əsasən, hücum nəticəsində Okruaşvilinin keşikçisi və “Gürcü partiyası”nın fəallarından biri yaralanıb. Onların həyatı təhlükə altında deyil.

Okruaşvilinin sözlərinə görə, hücum edənlər iki nəfər olub. Onlar tapança ilə silahlanmışdılar.

Gürcüstan DİN-i hələ rəsmi şərh verməyib.