» » İŞİD-in başçısını zəhərləməyə cəhd ediblər

İŞİD-in başçısını zəhərləməyə cəhd ediblər

İŞİD-in başçısını zəhərləməyə cəhd ediblər

“İslam dövləti” terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi yeməyində olan zəhərdən zəhərlənə bilərdi. 

Ucarliyiq.biz “Al Sumaria”ya istinadən xəbər verir ki, bu barədə İraq vilayəti Naynavada olan mənbə bildirib. 

“Kəşfiyyatın məlumatına görə, İŞİD başçısı Əbu Bəkr əl-Bağdadi və daha üç komandir yeməklərinə qatılan zəhərdən zəhərlənə bilərdilər”, - mənbə bildirib. 

O dəqiqləşdirib ki, hadisə Mosul şəhərinin İŞİD-in 2014-cü ildə ələ keçirdiyi cənubi-qərbində baş verib. Qeyd edilir ki, qruplaşma təşkilatın liderinin olduğu rayonda həbslərə başlayıb.  

İyunun ortasında “İslam dövləti” qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviazərbələri nəticəsində öldürüldüyü barədə məlumat yayılmışdı. Amma bu məlumat təsdiqlənmədi. 

ucarliyiq.biz