» » Putin Nazarbayevlə görüşəcək

Putin Nazarbayevlə görüşəcək

Putin Nazarbayevlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Astanaya səfər etməyə hazırlaşır. Burada o, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcək. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə bazar ertəsi Kremlin mətbuat xidməti məlumat yayıb. 

“Oktyabrın 4-də Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfər edəcək. Putin və Nazarbayev Rusiya-Qazaxıstan münasibətlərinin və Avrasiya İqtisadi İttifaqı, eləcə də bir sıra regional birliklər çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər”, - məlumatda deyilir.

Görüş başa çatdıqdan sonra liderlər iki ölkənin iri sahibkarlarının iştirakı ilə keçiriləcək Rusiya-Qazaxıstan biznes forumunda çıxış edəcəklər.


ucarliyiq.biz