» » Tibb üzrə Nobel laureatı məlum oldu

Tibb üzrə Nobel laureatı məlum oldu

Tibb üzrə Nobel laureatı məlum oldu

Fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı autofagiya mexanizminin hüceyrələrin “özünü yemə” prosesinin tədqiqinə görə təqdim edildi.

Ucarliyiq.biz mükafatın saytına istinadən xəbər verir ki, 2016-cı ilin laureatı Yösinori Osumi olub. 

Osumi iyirmi il ərzində hüceyrələrin daxilində çürüməni tədqiq edib. O, mayada autofagiyaya cavabdeh olan genləri aşkar etməyə və digər oqranizmlərdə bənzər prosesləri təsvir etməyə müvəffəq olub.

“Osuminin ixtirası hüceyrələrin özlərini yenidən necə bərpa etdiklərinə dair təsəvvürümüzü dəyişdi. Onun işləri aclığa uyğunlaşmadan yoluxmaya reaksiyaya qədər müxtəlif fizioloji proseslərdə autofagiya anlayışında yeni istiqamət meydana çıxardı”, - mükafatı təqdim edən Karolina institutunun press-relizində deyilir. 

Nobel mükafatının həcmi – 8 milyon İsveç kronudur (1,5 milyon manat). 2016-cı ildə fiziologiya və tibb sahəsində mükafata 273 alim namizəd idi. Bu mükafat 107-ci dəfə təqdim edilirdi, ilk laureatlar 1901-ci ildə elan edilib.
 

ucarliyiq.biz