» » Ərdoğan Aİ-ni ittiham etdi

Ərdoğan Aİ-ni ittiham etdi

Ərdoğan Aİ-ni ittiham etdi

Avropa İttifaqının (Aİ) qaçqınlar üçün Türkiyəyə vəd etdiyi 3 milyard avrodan yalnız 179 milyon avro daxil olub. 

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı bildirib. 

“Türkiyədə 3 milyon qaçqın var. Bu mövzu biz Baş Assambleyada olarkən BMT-nin gündəmində idi. Amma deyəsən, heç kim bu mövzunu qaldırmaq istəmir – görmürlər, istəyirlər ki, bu mövzu unudulsun. 3 milyard avro vəd etmişdilər (Aİ), amma sözlərini tutmadılar”, - Türkiyə prezidenti deyib. 

O qeyd edib ki, müddət başa çatır, il sona çatır, yalnız 179 milyon avro daxil olub. 

“Bu vəsait bizim üçün deyil, qaçqınlar üçündür. Onlar söz verirlər, amma əməl etmirlər. Guya ikinci 3 milyardı da verəcəklər, verib-verməmələri vacib deyil. Biz bombalardan qaçanlar qarşısında öhdəçiliyimizi yerinə yetirdik, bizim öhdəçiliyimiz həm islami, həm də humanistdir”, - Ərdoğan bəyan edib. 

ucarliyiq.biz