» » Xarici vətəndaşlar Səudiyyə Ərəbistanından çıxmaq üçün pul ödəyəcəklər

Xarici vətəndaşlar Səudiyyə Ərəbistanından çıxmaq üçün pul ödəyəcəklər

Xarici vətəndaşlar Səudiyyə Ərəbistanından çıxmaq üçün pul ödəyəcəklər

Səudiyyə Ərəbistanı höküməti xarici vətəndaşlar üçün yeni rüsumlar tətbiq edib və viza ödənişinin məbləğini artırıb.

Ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, rəsmi Ər-Riyad ölkə iqtisadiyyatının şəxələndirilməsi üçün belə qərar qəbul edib.

Yeni qərara əsasən, Səudiyyə Ərəbistanının ərazisini tərk etmək istəyən əcnəbi turistlər təxminən 50 dollar məbləğində rüsum ödəməli olacaqlar.

Bundan əlavə, ölkəyə iki aylıq birdəfəlik giriş vizası 50 dollardan 530 dollaradək artırılıb. Əcnəbi hər bir əlavə aya görə 26 dollar ödəməlidir. Zəvvarlar üçün Krallığa ilk səfər isə pulsuz olacaq.

[/b]
[b]ucarliyiq.biz