» » Ermənistanda vergi inspektoru İran vətəndaşını qaçırdı

Ermənistanda vergi inspektoru İran vətəndaşını qaçırdı

Ermənistanda vergi inspektoru İran vətəndaşını qaçırdı

Ermənistanda Vergi inspeksiyasının əməkdaşı öz əlbirləri ilə bərabər İran vətəndaşını qaçırıb.

Ucarliyiq.biz bu barədə erməni KİV-nə istinadən xəbər verir.  

Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətinin məlumatına əsasən, sentyabrın 19-na keçən gecə Kotayka sakini Benik M.Abovyandan polis bölməsinə şikayət edərək tanışının naməlum şəxslər tərəfindən fermadan oğurladıqlarını deyib. 

İran vətəndaşı Hasem Q. Ermənistanın dövlət gəliri üzrə Komitəsinin inspektorunun T.Q-nin onu əlbirləri ilə birgə “Toyota camry” avtomobilinə hədə-qorxu gəlib oturdaraq naməlum istiqamətdə apardığını bildirib. 

Yolda vergi nazirinə polisdən zəng ediblər, zəngdən sonra o, xarici vətəndaşı dərhal buraxıb.

ucarliyiq.biz