» » Sankt-Peterburqda “Ehtiyatlı olun, pokemon ovçuları!” işarəsi peyda olub

Sankt-Peterburqda “Ehtiyatlı olun, pokemon ovçuları!” işarəsi peyda olub

Sankt-Peterburqda “Ehtiyatlı olun, pokemon ovçuları!” işarəsi peyda olub

Sankt-Peterburqda Qriboyedov kanalının sahilində “Ehtiyatlı olun, pokemon ovçuları!” işarəsi peyda olub.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Flashnord” məlumat yayıb. 

İşarə Spasa-na-Krovi məbədi yaxınlığında quraşdırılıb. İşarədə smartfonlu iki adam, eləcə də ən məşhur pokemon Pikaçu təsvir edilib. Qeyd edilir ki, işarənin ilk fotosunu Peterburq sakini Vadim Suxodolski çəkib. 

“Peterburqda ilk “Ehtiyatlı olun, pokemon ovçuları!” işarəsinin fotosunu çəkdim. İşarə yaxınlığında üç pokemon tutarkən sürücülər üçün təhlükəli vəziyyət yaratdım”, - o, çəkdiyi şəklə “Instagram” hesabında rəy yazıb. 


ucarliyiq.biz