» » Rusiya XİN ABŞ-ın qərarına münasibət bildirdi

Rusiya XİN ABŞ-ın qərarına münasibət bildirdi

Rusiya XİN ABŞ-ın qərarına münasibət bildirdi

Rusiya rəsmi Vaşinqtonun Suriya ilə atəşkəs haqqında əməkdaşlığın dayandırılması qərarından təəssüflənir. 

Ucarliyiq.biz-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
 
“ABŞ Suriya üzrə əsas razılaşmaları yerinə yetirə bilmədiyindən məsuliyyəti digər tərəflərin üzərinə qoymağa cəhd edir”, - deyə M.Zaxarova bildirib. 

Xatırladaq ki, bu gün ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi rəsmi Vaşinqtonun Suriyada atəşkəslə bağlı Rusiya ilə əməkdaşlığı dayandırdığını bildirib.

[/b]
[b]ucarliyiq.biz