» » Malayziyada məktəbin damına hərbi helikopter düşüb

Malayziyada məktəbin damına hərbi helikopter düşüb

Malayziyada məktəbin damına hərbi helikopter düşüb

Göyərtəsində 14 hərbçinin olduğu “Sikorsky S-61” helikopteri çərşənbə günü Malayziyanın şərqində Tavau şəhərində məktəblərdən birinin damına düşüb.  

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Sinxua” agentliyi polisə istinadən məlumat yayıb. 

Göyərtədə olan insanlar arasında yalnız pilot kiçik xəsarət alsa da, yeddi məktəbli və bir kişi aldığı yaralardan xəstəxanaya yatırılıblar. Bu barədə Tavau polisinin rəisi Fadil Markus bildirib.

Qeyd edilir ki, helikopter daxili reys ilə Sabah ştatına uçarkən idarəetməni itirib.

ucarliyiq.biz