» » Nazir: Rusiya neft hasilatını dondurmağı dəstəkləməyə hazırdır

Nazir: Rusiya neft hasilatını dondurmağı dəstəkləməyə hazırdır

Nazir: Rusiya neft hasilatını dondurmağı dəstəkləməyə hazırdır

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulukayev bəyan edib ki, Moskva ümumilikdə neft hasilatının dondurulmasını dəstəkləməyə hazırdır. 

Ucarliyiq.biz bu barədə xəbər verir. 

“Biz neft hasilatının dondurulması səylərini dəstəkləməyə hazır olduğumuzu demişdik. Dondurulma səviyyəsi – müzakirə edilməli məsələdir, ümumilikdə dəstək göstərməyə hazırıq”, - o bəyan edib. 

Təşkilat ölkələri neftin hasilatını sutkada 32,5 milyon barelə qədər azaltmağa dair razılığa gəldikdən sonra OPEK noyabrda keçiriləcək sammitdə hər bir ölkəsi üçün neft hasilatı səviyyəsini müəyyənləşdirəcək.


ucarliyiq.biz