» » Şeyx ABŞ-da erməni kilsəsinin başçısı ilə görüşdü

Şeyx ABŞ-da erməni kilsəsinin başçısı ilə görüşdü

Şeyx ABŞ-da erməni kilsəsinin başçısı ilə görüşdü

Din xadimləri Qarabağ münaqişəsini müzakirə etdilər.

Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Vicdana çağırış” Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində rəsmi səfərdə olub.

QMİ-dən ucarliyiq.biz-a verilən məlumata görə, fondun xəttilə hər il dünya çapında böyük xidmət sahibi olan nüfuzlu şəxsiyyətlərə İlin mükafatının təqdim olunması münasibətilə təşkil olunan təntənəli mərasimə Şeyxülislam A. Paşazadə dəvətli olur.

Yubiley mərasimindən öncə Şeyxülislam A. Paşazadə Nyu-Yorkda “Vicdana çağırış” Fondunun Prezidenti A. Şnayerlə görüşüb.

Daha sonra QMİ sədri mərasimə dəvət olunmuş bir sıra tanınmış dövlət və din xadimləri, o cümlədən, BMT Baş katibinin müavini Yan Eliasson, YUNESKO-nun Baş direktoru İrina Bokova, BMT Sivilizasiyalar Alyansının yuksək nümayəndəsi Naser Əl-Nassir, ABŞ yunan pravoslav kilsəsinin rəhbəri arxiyepiskop Demetriosla, Finlandiya, İsveç və b. ölkələrin rəsmiləri ilə görüşlər keçirib.

İkitərəfli görüşlər çərçivəsində Şeyxülislam A. Paşazadə, həmçinin, Amerika erməni kilsəsinin başçısı Arxiyepiskop X.Barsamyanla görüşüb.

Görüş zamanı Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması yönündə dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsi zərurəti vurğulanıb.

Nyu-Yorkda keçirilən görüşlərdə Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakl Fövqəladə və Səlhiyyətli səfiyi cənab Elin Süleymanov müşayiət edib.