» » Yoldaşımı qısqanmayanda söz-söhbət olur - XALQ ARTİSTİ

Yoldaşımı qısqanmayanda söz-söhbət olur - XALQ ARTİSTİ

Yoldaşımı qısqanmayanda söz-söhbət olur - XALQ ARTİSTİ

"Düz 55 ildir ki, ailəliyəm, hər gün xanımımı qısqanıram".

Ucarliyiq.biz lent.az-a istinadən bildirir ki, bu sözləri "Ondan sonra" verilişində xalq artisti Teymur Mustafayev deyib. O, xanımını çox qısqandığını bildirib:

"Qısqanmaq çox gözəldir. Yoldaşımı hər gün qısqanıram, bir gün qısqanmayanda söz-söhbət yaradır. Deyir, bu kişiyə nəsə olub, mənimlə maraqlanmır. Mən onu qısqananda ürəyinə yağ kimi yayılır. "Haraya baxdın?", "Niyə baxdın?", "Niyə bunu eləmədin? kimi suallarım onu bezdirmir. Mən onu qısqananda da şirin dillə qısqanıram. Sualı acıqlı vermirəm ki, xətrinə dəyməsin. Yoldaşım həkimdir, düz 55 il onun nazını çəkmişəm. Onun nazını məndən başqa heç kim çəkə bilməz. Təkcə mənim gücüm çatır ona".