» » İran prezidenti təcili qaydada Nyu-Yorku tərk edir

İran prezidenti təcili qaydada Nyu-Yorku tərk edir

İran prezidenti təcili qaydada Nyu-Yorku tərk edir

Ruhani Tehrana qayıdır.

İran prezidenti Həsən Ruhani Məkkədə həcc zamanı iranlıların həlak olması ilə əlaqədar BMT Baş Assambleyasına səfərini yarımçıq qoyaraq, Tehrana qayıdacaq, ucarliyiq.biz xəbər verir.

“Nyu-Yorka gəldiyi vaxtdan prezident Minadakı hadisələri və həlak olan, yaralanan iranlı zəvvarlar barədə xəbərləri diqqətdə saxlayıb”, - İRNA agentliyi İran prezidentinin mətbuat xidmətindən sitat gətirir.

Həlak olan iranlı zəvvarların olduğu ilk təyyarə Tehrana sentyabrın 29-da gələcək, buna görə də, Ruhani ABŞ-ı sentyabrın 28-də tərk edəcək.

Qeyd edək ki, son məlumatlara görə Məkkədə baş verən faciədə 169 iranlı ölüb, bu ölkənin daha 300 vətəndaşı itkin düşənlər arasındadır.