» » Britaniyanın funt sterlinqi 31 illik minimuma endi

Britaniyanın funt sterlinqi 31 illik minimuma endi

Britaniyanın funt sterlinqi 31 illik minimuma endi

Funt sterlinq 31 illik minimuma qədər ucuzlaşdı.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Global Markets”in eksperti Ceymi Çişolmaya istinadən “Financial Times” məlumat yayıb.  

Belə ki, Bakı vaxtı ilə saat 11:42 (London vaxtı ilə saat 8:42) funt sterlinqin məzənnəsi 1,27 dollara qədər 0,5% enib, bu isə 1985-ci ildən ən aşağı göstəricidir.    

“Bloomberg”in məlumatına görə, bu, investorların Britaniyanın “Brexit”dən sonra gözləyən ağır nəticələrdən narahat olduqları üçün baş verir.  

Britaniya Aİ-dən çıxmağa səs veridyi gündən (23 iyun) funt sterlinq dollara nisbətən 14%  ucuzlaşıb. 

Həmçinin, bazarda Britaniya fondunun FTSE 100 indeksinin çökməsi gözlənilir, bu indeks 16 ay ərzində ilk dəfə 7000 bənd yüksəlmişdi. 

[/b]

[b]ucarliyiq.biz