» » Putin Ərdoğan ilə görüşəcək

Putin Ərdoğan ilə görüşəcək

Putin Ərdoğan ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək. 

Ucarliyiq.biz TASS-a istiandən xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək və enerji konqressində çıxış edəcək. 

“Səfər oktyabrın 10-da baş tutacaq. Dünya enerji konqressində çıxış gözlənilir və ikitərəfli görüş olacaq (Putin Ərdoğan ilə)”, - Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.

Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov liderlərin görüşünün oktyabrın əvvəlində Türkiyədə baş tuta biləcəyinə dair bəyanat vermişdi. Onun sözlrəinə görə, Kremldə rusiyalı liderin İstanbula səfəri istisna edilmir. 

Beynəlxalq energeji konqressi oktyabrın 9-dan 13-nə qədər İstanbulda keçiriləcək. Həmin vaxt Rusiya-Türkiyə hökumətlərarası komissiyanın iclası baş tutacaq. 

[/b]

[b]ucarliyiq.biz