» » Putindən sərt ittiham: Dəqiq bilirəm ki, Yanukoviçi ABŞ devirib

Putindən sərt ittiham: Dəqiq bilirəm ki, Yanukoviçi ABŞ devirib

Putindən sərt ittiham: Dəqiq bilirəm ki, Yanukoviçi ABŞ devirib

“Biz hər şeyi bilirik”.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin devrilməsində ABŞ-ın rolunu “dəqiq bilir”.

ucarliyiq.biz Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə amerikalı jurnalistə CBS və PBS telekanalları üçün müsahibədə bildirib.

Çarlı Rouzla müsahibənin qısa mətni Kremlin mətbuat xidməti tərəfindən dərc olunub.

Putin bildirib ki, o, bu barədə məlumatı Ukraynadakı adamlardan alıb, Rusiya rəhbərliyinin həmin adamlarla “minlərlə birgə əlaqəsi var”.

“Və biz bilirik kim, harada və nə zaman görüşüb, Yanukoviçi devirən insanlarla işləyib, onları necə dəstəkləyiblər, nə qədər pul veriblər, necə hazırlayıblar, hansı ərazilərdə, hansı ölkələrdə və həmin təlimatçılar kimlər olub. Biz hər şeyi bilirik. Digər tərəfdən, heç bizim amerikalı tərəfdaşlarımız da artıq bu faktı gizlətmirlər”, - deyə, prezident bildirib.

Bundan başqa, Putin Rusiyanın Ukraynanın suverenliyinə hörmət etdiyini bəyan edib.

Onun sözlərinə görə, suverenliyə hörmət dövlət çevrilişləri, qeyri-konstitusion hərəkətlər və legitim rəhbərliyin devrilməsinə yol verməməkdən ibarətdir.