» » ABŞ-ın ən zəngin insanları – SİYAHI

ABŞ-ın ən zəngin insanları – SİYAHI

ABŞ-ın ən zəngin insanları – SİYAHI

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts ABŞ-ın 400 ən varlı adamının siyahısında 23-cü dəfə birinci olub.

Ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, oktyabrın 4-də, “Forbes” jurnalı məlumat verir.

60 yaşlı B.Qeytsin sərvəti 81 milyard dollar dəyərində qiymətləndirilib. 

İkinci yerdə “Amazon.com”un rəhbəri 52 yaşlı Cef Bezos qərarlaşıb. Bir il ərzində onun kapitalı 20 milyard dollar artaraq 67 milyard dollara çatıb. 

İlk üçlüyü “Berkshire Hathaway” şirkətinin başdirektoru Uorren Baffet bağlayır. “Forbes” onun sərvəti 65,5 milyard dollar dəyərində qiymətləndirib.

“Facebook”un təsisçisi 32 yaşlı Mark Zükerberq (55,5 milyard dollar) və “Oracle” şirkətinin rəhbəri 72 yaşlı Larri Ellison (49,3 milyard dollar) müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar.

[/b]
[b]ucarliyiq.biz