» » “Facebook” müdafiəsini gücləndirib

“Facebook” müdafiəsini gücləndirib

“Facebook” müdafiəsini gücləndirib

Sosial şəbəkə, hüquq-mühafizə və ya kəşfiyyat xidməti əməkdaşları bu funksiyanın yardımı ilə göndərilən ismarıclara giriş əldə edə bilməzlər.

“Facebook” sosial şəbəkəsi yazışmaların müdafiəsini gücləndirib və yeni funksiyanı təqdim edib.

Ucarliyiq.biz xəbər verir ki, yeni funksiya “Secret Conversations” (“Gizli söhbətlər”) adlanır, bu ismarıcların şifrələnmiş şəbəkəsidir. 

Portalın məlumatına görə, istifadəçilər öz ismarıclarını şifrələyə bilərlər, bu ismarıcları yalnız iki adam - göndərən və bunu alan adam oxuya bilər. Şifrələmə sistemi “end-to-end” adlanır. 

Sosial şəbəkə, hüquq-mühafizə və ya kəşfiyyat xidməti əməkdaşları bu funksiyanın yardımı ilə göndərilən ismarıclara giriş əldə edə bilməzlər.  

Bundan başqa, istifadəçilər “şifrələnmiş” ismarıclar üçün beş dəqiqədən 1 günə qədər saxlama müddəti də tətbiq edə bilərlər. Bu müddətdən sonra ismarıclar avtomatik olaraq silinəcək.

“Facebook” nümayəndəsi portala bildirib ki, bu funksiyaya proqramın son versiyasını yükləyən 900 milyon sosial şəbəkə istifadəçisinin çıxışı var. Proqrama “Android” və “iOS” sistemlərində çıxış var.
 

ucarliyiq.biz