» » Selfi ilə kredit kartından istifadə etmək mümkün oldu

Selfi ilə kredit kartından istifadə etmək mümkün oldu

Selfi ilə kredit kartından istifadə etmək mümkün oldu

“MasterCard” ödəmə sistemi oktyabrın 4-də bəzi Avropa ölkələrində “selfi” və ya barmaq izinin köməyi ilə kredit kartı sahibinin şəxsiyyətini təsdiq etməyə imkan verən sistem istifadəyə verib. 

Ucarliyiq.biz-ın məlumatına görə, Fins.az “newsru.ru” saytına istinadən xəbər verir ki, daha əvvəl ABŞ, Kanada və Niderlandda sınaqdan keçirilən “Identity Check” texnologiyasından Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Danimarka, Almaniya, Norveç, İspaniya, Çexiya, Finlandiya və İsveçdən olan kart sahibləri istifadə edə bilərlər.

Bu halda “MasterCard”dan bildirilib ki, gələn il başqa ölkələrdə də “selfi”nin köməyi ilə eyniləşdirmə texnologiyası əlçatan olacaq.

Yeni sistemdən istifadə etmək istəyən kartın sahibi əvvəlcə smartfona xüsusi proqram qurmalı və nəzarət “selfi” şəkil çəkdirməlidir. Bu şəkil “MasterCard”ın serverində saxlanılacaq və məhz sonrakı şəkillər onunla tutuşdurulacaq. 

Sonralar alış-veriş edərkən istifadəçi parol deyil, test “selfi” şəkil çəkə bilər. Bu halda hakerlər şəkildən istifadə edərək sistemə müdaxilə edə bilməzlər, çünki hər bir tranzaksiya zamanı sistem istifadəçidən göz qırpmağı tələb edəcək.


ucarliyiq.biz