» » Ermənistanın keçmiş müdafiə naziri müxalifətə keçir

Ermənistanın keçmiş müdafiə naziri müxalifətə keçir

Ermənistanın keçmiş müdafiə naziri müxalifətə keçir

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan müxalifətə keçəcək.

Ucarliyiq.biz newsarmenia saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Bildirilir ki, o, prezident aparatı sədrinin müavini Viktor Dallakyan tərəfindən yaradılması planlaşdırılan “Şrdjadarts” (Dönüş) partiyasının sədri olacaq.

Hakim Respublika Partiyasında bunu mümkünsüz hesab etsələr də, S.Ohanyanın prezident Serj Sarkisyandan küsülü ayrıldığı deyilir. Şayiələrə görə, yeni partiya Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək.

ucarliyiq.biz