» » Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlıq sazişinı dayandırıb

Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlıq sazişinı dayandırıb

Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlıq sazişinı dayandırıb

Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə  əməkdaşlıq sazişini dayandırıb.

Ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında bildirilir.

Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.

Reuters agentliyi bildirir ki, qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ  nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.

Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 2013-cü ildə Vyanada imzalanıb. 

[/b]
[b]ucarliyiq.biz