» » Fələstin BMT-yə üzv olmaq məsələsini qaldıracaq

Fələstin BMT-yə üzv olmaq məsələsini qaldıracaq

Fələstin BMT-yə üzv olmaq məsələsini qaldıracaq

Fələstin BMT-nin Təhlükəsizlik Şurasının üzvləri ilə təşkilata tamhüquqlu üzv qəbul olunması üçün müraciət edəcək, həmçinin İsrailin işğalı ilə bağlı qətnamənin qəbul edilməsinə çalışacaq. 

Ucarliyiq.biz TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bildirib.

“Biz İsrail yaşayış məntəqələri ilə əlaqədar qətnamənin qəbul edilməsi üçün Təhlükəsizlik Şurasının üzvləri ilə konsultasiyalara başlayacağıq”, - o deyib. 

Onun sözlərinə görə, bu məsələlər ətrafında əvvəl Təhlükəsizlik Şurasında Ərəb Dövlətləri Liqasını təmsil edən Misir nümayəndələri və oktyabr ayında Şurada sədrlik edən Rusiya ilə müzakirə ediləcək. 

“Bundan başqa, biz Təhlükəsizlik Şurasının üzvləri ilə BMT-yə üzv olmaq məsələsinə də qayıdacağıq. Bu iki məsələyə dair Fələstin liderlərindən təlimat almışıq”, - Mənsur qeyd edib. 

Qeyd edək ki, 135 ölkə tərəfindən dövlət kimi tanınan Fələstin 2012-ci ildə BMT-yə üzv olmayan müşahidəçi statusu alıb. 

ucarliyiq.biz